Fəridə Əzizova Finalda - Yenilənib

Fəridə Əzizova Finalda - Yenilənib

Avropa Oyunları çərçivəsində taekvondo üzrə qadınlar arasında keçirilən yarışlarda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fəridə Əzizova finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, ¼ finalda Türkiyə təmsilçisi Tatar Nur ilə qarşılaşan idmançımız bu görüşdə rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanmışdı. Yarımfinalda isveçrəli Elin Cohansonla qarşılaşan Fəridə Əzizova 5:2 hesabı ilə qələbə qazanıb. Taekvondoçumuzun finaldakı rəqibi növbəti görüşlərdən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə