Fəridə Əzizova da finalın bir addımlığında FOTOLAR

Fəridə Əzizova da finalın bir addımlığında FOTOLAR

Avropa Oyunları çərçivəsində taekvondo üzrə qadınlar arasında yarışlar davam edir. SİA-nın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fəridə Əzizova Hollandiyadan olan Van Baren üzərində qələbə qazandıqdan sonra ¼ finala vəsiqə qazanıb. ¼ finalda Türkiyə təmsilçisi Tatar Nur ilə qarşılaşan idmançımız bu görüşdə də rəqibindən üstün olub: 6:2. Beləliklə Fəridə Əzizova bu nəticə ilə yarımfinalda mübarizə aparacaq. Onun rəqibi isveçrəli Elin Cohansondur. Qarşılaşma 17:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə