Avropa Oyunları çərçivəsində taekvondoçularımız mübarizəsini davam etdirir. SİA-nın məlumatına görə, serbiyalı Dəmir Feriçə 12: 0 hesabı ilə qalib gələn idmançımız Beigi Harçegani ¼ finalda Böyük Britaniyadan olan taekvondoçu Məhəmməd Lutalo ilə görüşüb. Bu oyunda da idmançımız meydanı qalib tərk edib. Belə ki, hesab 17:5 olub. Beləliklə, takevondoçumuz Beigi Harçegani yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, taekvondoçumuz yarımfinal qarşılaşmasını bu gün saat 17:15-də portuqaliyalı Julio Ferreiro ilə keçirəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB