Çimərlik voleybolu üzrə komandamız 2 oyunda qalib oldu

Çimərlik voleybolu üzrə komandamız 2 oyunda qalib oldu

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə seçmə mərhələnin oyunları keçirilir. SİA-nın xəbərinə görə, artıq Azərbaycanın qadın voleybolçuları iki oyun keçirib. İlk olaraq heyətində Vivian Cunha və Zinayda Lyubimova Azərbaycanın çimərlik voleybolu üzrə komandası Finlandiya ilə qarşılaşıb. Yuliya Kərimova və Raquel Ferreyra cütlüyü isə Çexiya ilə üz-üzə gəlib. Hər iki görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kişilərdən ibarət komanda isə 19:00-da Fransa, 20:00-da isə Norveçlə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə