I Avropa Oyunlarında qadınların platformadan suyatullanma yarışlarına start verilib. SİA-nın xəbərinə görə, bu yarışda Azərbaycanı Olqa Bıkovskaya təmsil edir. O, final mərhələsinə yüksəlmək üçün 24 iştirakçı arasında ilk 12-liyə düşməlidir.
Kişilərin 1 metrlik tramplindən suya tullanma yarışında seçmə mərhələyə yekun vurulub. Azərbaycanı təmsil edən Artyom Danilov 10 cəhdin cəmində 427,70 xal yığaraq 11-ci yeri tutub.
Bu nəticə ilə 17 yaşlı idmançı finala yüksəlib. Həlledici mərhələ saat 19:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB