Boksçumuz səkkizdəbir final mərhələsində YENİLƏNİB

Boksçumuz səkkizdəbir final mərhələsində YENİLƏNİB

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov "Bakı-2015" ilk Avropa Oyunlarına qələbə ilə başlayıb. SİA-nın xəbərinə görə, Azərbaycan boksçusu 1/16 final mərhələsində Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

10:51

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir. SİA-nın xəbərinə görə, bu gün 1/16 və 1/8 final mərhələlərinin növbəti görüşləri keçiriləcək. Azərbaycan boksçuları da bu gün rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.

64 kq kq çəki dərəcəsində ölkəmizi Lorenzo Sotomayor təmsil edəcək. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.

81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verəcək. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə