George Bukur: "Hər gəldiyimdə Azərbaycanı daha da gözəl görürəm" AÇIQLAMA

George Bukur: "Hər gəldiyimdə Azərbaycanı daha da gözəl görürəm" AÇIQLAMA

"Türkiyəli güləşçi ilə görüşdə məğlub oldum. O, daha yaxşı hazırlaşmışdı və güclü idi". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarının sərbəst güləş yarışlarında mübarizə aparan ruminiyalı idmançı George Bukur (69 kq) deyib. O, ölkəmizdə öncələr də olduğunu qeyd edib: "Burada daha əvvəllər də olmuşam. Hər gəldiyimdə Azərbaycanı daha da gözəl görürəm. Azərbaycanın insanları qonaqpərvərdirlər. Yeməkləriniz isə çox dadlıdır. Burada güləş azarkeşləri çoxdur və idmançılarını möhtəşəm şəkildə dəstəkləyirlər. Rumıniyada isə güləşə azarkeşlik edənlər azdır".

Güləşçi I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "I Avropa Oyunlarında hər bir detalı incəliklərinə qədər düşünüblər. Bütün idmançılar üçün yüksək şərait yaradılıb. Buradakı təşkilatçılıqdan çox razıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə