İtalyanlar kamandan oxatma yarışlarında daha bir qızıl medal qazanıblar. SİA-nın məlumatına görə, Qadınlar arasında komanda yarışlarının finalında Belarus təmsilçilərini 5:3 hesabı ilə məğlub edən İtaliya yığması qızıl, Rusiyadan üstün olan ukraynalılar (4:5) isə bürünc medallara sahib olublar.
Birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarının favoriti sayılan İtaliya yığması iyunun 17-də qarışıq komanda yarışlarında da qızıl medal qazanıblar. Ümumiyyətlə, oxatma yarışlarında 5 dəst medal uğrunda mübarizə aparılır.
11:57
Qadınlar arasında komanda yarışlarının yarımfinalında İtaliya Rusiyaya, Belarus isə Ukraynaya eyni hesabla qalib gəliblər - 5:3. Qızıl medal uğrunda italiyalılar Belarus komandası ilə, bürünc medal uğrunda isə Rusiya yığması ukraynalılarla qarşılaşır.
11:29
Komanda yarışlarının dörddəbir mərhələsinin nəticələri məlum olub: Almaniya-Belarus 2:6, Gürcüstan-Ukrayna 4:5, İtaliya-Danimarka 5:4, Fransa-Rusiya 3:5. Yarımfinalda İtaliya Rusiya, Belarus Ukrayna ilə üz-üzə gələcək.
Kişilər arasında komanda yarışlarının dörddəbir mərhələsində isə Niderland Rusiyanı, İtaliya Ukraynanı, Fransa Almaniyanı, İspaniya isə Belarusu sınağa çəkəcək.
09:50
İyunun 18-də birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında komanda yarışlarının növbəti mərhələlərinə start verilib. Bu gün komanda yarışlarının qalibləri müəyyənləşəcək. İlk olaraq qadınlar mübarizəyə qoşulublar. Komanda yarışlarının dörddəbir mərhələsində Almaniya-Belarus, Gürcüstan-Ukrayna, İtaliya-Danimarka, Fransa-Rusiya ilə qarşılaşacaq.
Kişilər arasında komanda yarışlarının dörddəbir mərhələsində isə Hollandiya Rusiyanı, İtaliya Ukraynanı, Fransa Almaniyanı, İspaniya isə Belarusu sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün qarışıq komanda yarışlarında İtaliya komandası qızıl, Gürcüstan yığması gümüş, Ukrayna heyəti isə bürünc medala sahib çıxıblar. Azərbaycanlı oxatanlar bu sıralamada 9-cu yeri tutub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB