Almaniyalı güləşçi: "Almaniyada Azərbaycandakı kimi güləş azarkeşləri yoxdur" AÇIQLAMA

Almaniyalı güləşçi: "Almaniyada Azərbaycandakı kimi güləş azarkeşləri yoxdur" AÇIQLAMA

"Həyatımda ilk dəfədir ki, I Avropa Oyunları kimi möhtəşəm yarışlara qatılıram. Burada çox gözəl atmosfer var". Bu sözləri SİA-ya açıqlamasında almaniyalı güləşçi Kaufmehl Mixael deyib. 86 kq çəki dərəcəsində yarışan idmançı ilk görüşdə məğlub olmasından danışıb: "Döşəyə çıxanda tribunalardakı azarkeşləri görüb həyəcanlandım. Öz güləş üslubumu tapa bilmədim. Nəticədə ilk görüşdə ukraynalı güləşçiyə məğlub oldum. Bu idman növündə Azərbaycan, Gürcüstan və Rusiya idmançıları güclüdürlər.

Azərbaycanda güləş yarışlarına bu qədər çox azarkeşin gəlməsi çox yaxşıdır. Almaniyada Azərbaycandakı kimi güləş azarkeşləri, bu növə maraq yoxdur".

İdmançı Azərbaycan barədə də fikirlərini bildirib: "Birinci dəfədir Azərbaycanda oluram. Burada bizi çox gözəl qarşıladılar. I Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Bu gün Azərbaycan restoranına gedəcək, milli yeməklərdən yeyəcəyik. Həmçinin Bakını da gəzəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə