"Mən ötən dəfə Azərbaycanın qadın voleybolçularından ibarət milli komandasının İtaliya ilə oyununu izlədim. Orada Azərbaycan yığması çox gözəl oyun nümayiş etdirdi". Bunu SİA-ya Türkiyənin qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Akbas Ferhat I Avropa oyunları çərçivəsində Türkiyə komandasının İtaliya yığması ilə keçirdiyi oyun haqqında danışarkən deyib.
Məşqçinin sözlərinə görə, Azərbaycan komandası çox güclüdür: "Biz də Azərbaycan yığması ilə qarşılaşacayıq. Düşünürəm ki, bu oyun yığmamız üçün ən çətin oyun olacaq. Çünki, Azərbaycan komandası öz evində oynayır və insanlar da yığmaya böyük dəstək olurlar. Həm də oyunçular çox güclüdür. Bizim növbəti oyunumuz Ruminiya komandası ilə olacaq. Azərbaycan bizə qardaş ölkədir. Burada biz özümüzü doğma ölkəmizdəki kimi hiss edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB