Güləşçimiz məğlub oldu

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov 1/8 final mərhələsində Türkiyə güləşçisi, dünya və üçqat Avropa çempionu, Bakı 2015 birinci Avropa Oyunlarının elçisi Taha Akgüllə qarşılaşıb. SİA-nın xəbərinə görə, C.Məhəmmədov rəqibi ilə görüşdə layiqli mübarizə aparmasına baxmayaraq, sonda 2:5 hesabı ilə məğlub olub

Bütün xəbərlər Facebook səhifəmizdə