Türkiyəli voleybolçu: “Bakıda olmaqdan qürur duyuruq"

Türkiyəli voleybolçu: “Bakıda olmaqdan qürur duyuruq"

"Biz Bakıda olmaqdan böyük qürur duyuruq". Bunu SİA-ya türkiyəli voleybolçu Neriman Özsoy I Avropa Oyunları haqqında təəssüratlarını bölüşərkən deyib.

İdmançı "Bakı 2015" İlk Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib: "Sözün həqiqi mənasında təşkilatçılıq yüksək səviyyədədir. Təbii ki, biz də Bakıda olmaqdan böyük qürur duyuruq. Türkiyə milli komandası olaraq özümüzü evimizdəki kimi hiss edirik. Hər kəs böyük sevinclə bizləri qarşılayır və əsl qonaqprvərlik nümayiş etdirirlər. Hətta bu bizim Oyunlarda qazandığımız qələbələrdə də özünü göstərir. Açılış mərasimi möhtəşəm idi. Hətta dünya şöhrətli müğənni Ledi Qaqanın orada iştirak etməsi bizlərdə böyük təəssürat yaratdı".

Bütün xəbərlər Facebook səhifəmizdə