Şosse velosipedi növündə qadınların yarışına yekun vuruldu NƏTİCƏLƏR

Şosse velosipedi növündə qadınların yarışına yekun vuruldu NƏTİCƏLƏR

"Bakı 2015" I Avropa Oyunlarında şosse velosipedi növündə qadınların fərdi ötüşmə (time-trial) yarışına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycanı təmsil edən Yelena Pavluxina 6-cı yeri tutub.

O, finişə 33 dəqiqə 57.45 saniyəyə çatıb.

Qızıl və bürünc medallara hollandiyalı Ellen van Diyklə (32:26.87) Annemiek van Vlöten (33:33.56), gümüş medala isə ukraynalı Qanna Solovey (33:03.37) sahib olub.

09:58

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında şosse velosipedi üzrə yarışlara start verilir. SİA-nın xəbərinə görə, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar.

Bilgəhdə təşkil olunacaq yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edəcək. Saat 10:00-da qadınların yarışı start götürəcək. 25 km məsafəyə yürüş edəcək 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edəcək. O, start xəttinə saat 10:15-də çıxacaq.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə Azərbaycanın idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə