Kişilərin yarışında mübarizə aparan komandamızın üzvlərindən Milad Beiqi Harçeqani (-80 kq) ilk görüşündə 12:0 hesabı ilə qələbə qazanaraq dörddəbir final mərhələsinə adlayıb. Serbiyalı Damir Fejziçi məğlub edən taekvondoçumuz növbəti mərhələdə "London-2012" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Böyük Britaniya təmsilçisi Lutalo Muhammad ilə qarşılaşacaq.SİA-nın xəbərinə görə, qadınların yarışında ilk görüşdə Avropa çempionatının bürünc medalçısı, hollandiyalı Joyce van Baaren ilə qarşılaşan Azərbaycan taekvondoçusu, dünya çempionatının bürünc mükafatçısı Fəridə Əzizova (-67 kq) rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.
10:57
Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları davam edir. SİA-nın xəbərinə görə, bu gün daha 2 dəst medal sahibini tapacaq.
Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.
80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulacaq. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələcək.
67 kq çəkidə isə gənclər arasında dünya çempionu olmuş azərbaycanlı Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirəcək.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB