"Bakı 2015" birinci Avropa Oyunlarının açılış mərasimində mən özüm də iştirak etdim. Açılış mərasimi çox möhtəşəm şəkildə baş tutdu". Bunu SİA-ya Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun I Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Səfirin sözlərinə görə, o möhtəşəm gündə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və onun ailə üzvləri, türkiyəli dörd nazir və rəsmi şəxslər, böyük nümayəndə heyəti iştirak etdi: "Hətta açılışda nələrin olacağı böyük bir sirr şəklində gizli saxlanıldı. Sonradan isə bu sirr açılınca gördük ki, Azərbaycanın mədəniyyəti, tarixi və s. müasir bir şəkildə orada sərgiləndi. Mərasimdə iştirak edən hər kəs bunu çox bəyəndi. Səmimi və qürur hissi ilə söyləyirəm ki, həqiqətən də bütün bunlar dünyaya bir örnək idi. Təşkilatçılıq yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, Azərbaycanı ürəkdən təbrik edirəm".


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB