Güləşçilərimiz medala doğru YENİLƏNİB-FOTO

Güləşçilərimiz medala doğru YENİLƏNİB-FOTO

Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ikinci, ümumilikdə güləş yarışlarının son günündə döşək üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq. SİA-nın xəbərinə görə, güləş yarışlarının son günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq çəkidə qaliblər müəyyənləşəcək.

Təmsilçilərimizdən Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar.

61 kq
1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Miroslav Kirov (Bolqarıstan)/Maqomedmurad Qacıyev (Polşa)

86 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (Bolqarıstan)

125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov

11:04

Bu gün güləşçilərimiz ilk qələbəsini qazandılar

Güləşçilərimizdən döşək üstünə ilk olaraq Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən Cəmaləddin Məhəmmədov oldu. 1/16 finalda Litva güləşçisi Jonas Rudaviciusla qarşılaşan pəhləvanımız rəqibini vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Cəmaləddin Məhəmmədovun 1/8 finaldakı rəqibi Türkiyənin adlı-sanlı güləşçisi Taha Akgül olacaq.

11:01

Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində sərbəst güləş yarışları başa çatacaq. SİA-nın xəbərinə görə, 4 çəki dərəcəsində pəhləvanlar güclərini sınayacaqlar. İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan güləşçiləri bütün çəkilərdə təmsil olunacaq.

61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyevin də rəqibi erməni idmançıdır. Avropa və dünya çempionumuz 1/8 final görüşündə Valodiya Franqulyanla üz-üzə gələcək.

70 kq Azərbaycanın Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçi bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.

86 kq çəkidə Azərbaycanı təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.

125 kq çəkidə isə Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə