Bu gün Bakı-2015 I Avropa Oyunları çərçivəsində sərbəst güləş yarışları başa çatacaq. SİA-nın xəbərinə görə, 4 çəki dərəcəsində pəhləvanlar güclərini sınayacaqlar. İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan güləşçiləri bütün çəkilərdə təmsil olunacaq.
61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyevin də rəqibi erməni idmançıdır. Avropa və dünya çempionumuz 1/8 final görüşündə Valodiya Franqulyanla üz-üzə gələcək.
70 kq Azərbaycanın Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçi bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir.
86 kq çəkidə Azərbaycanı təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.
125 kq çəkidə isə Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB