11-ci qızıl medalımız Ayxan Tağızadədən gəldi

11-ci qızıl medalımız Ayxan Tağızadədən gəldi

Günə uğurla başladıq və uğurla bitirdik. Növbəti qızıl medalımız taekvondoçu Ayxan Tağızadədən gəldi. SİA-nın verdiyi xəbərə əsasən, həmyerlimiz finalda polşalı Karol Robakla üz-üzə gəlib.

Lakin digər döyüşlərdən fərqli olaraq Ayxan final qarşılaşmasında xeyli əziyyət çəkib. Görüş ilk dəqiqələrindən rəqibin həmlələri qarşısında aciz qalan taekvondoçumuz 2 xal geri (1:3) düşüb. Daha sonra özündə güc topluyan idmancımız ardıcıl 5 xal qazanıb. Əfsuslar olsun Ayxan üstünlüyünü qoruya bilməyib və rəqib yaranmış şansdan maksimum istifadə edib, bərabərliyi bərpa edib. Belə olan təqdirdə qalib qızıl xalla müəyyənləşib. Lakin bu dəfə Tağızadə yaranmış şansdan layiqincə istifadə edib – 10:9. Ayxan bu qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

FOTO : Aslan VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə