Heydər Əliyev adına İdman Sarayında keçirilən I Avropa Oyunlarının sərbəst güləş yarışlarında milli komandamızın kapitanı Xetaq Qazyumov qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 97 kq çəki dərəcəsində yarışan güləşçimiz mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq Polşadan Radoslav Baran, Moldovadan Nikolay Ceban, Belarusdan İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi gürcü idmançısı Elizbar Odikadze olub. Yığmamızın kapitanı 3:1 hesabı ilə qələbə qazanaraq, "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB