Heydər Əliyev adına İdman Sarayında keçirilən I Avropa Oyunlarının sərbəst güləş yarışlarında komandamız daha bir medal qazanıb. SİA-nın məlumatına görə, 74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşdə macar Mihaly Nagy üzərində qələbə qazansa da, ikinci görüşdə Türkiyə idmançısı Söner Demirtaşa məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Cəbrayıl Finlandiya idmançısı Henri Seleniusu mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Terziev olub. Güləşçimiz qalib gələrək, I Avropa Oyunlarının bürünc medalını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB