Heydər Əliyev adına İdman Sarayında keçirilən I Avropa Oyunlarının sərbəst güləş yarışlarında Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finala qədər maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran pəhləvanımız, daha sonra Moldovadan Mihail Sava, Fransadan Maxime Fiquet, yarımfinalda isə Belarus Azamat Kurikau üzərində inamlı qələbə qazanıb. Qızıl medal uğrunda son görüşdə Toğrulun rəqibi İtaliyadan Frank Çamizo olub. Olimpiya çempionumuz rəqibini 5:0 hesablı təmiz qələbə ilə məğlub edib və I Avropa Oyunlarının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB