Azərbaycan voleybolçuları qalib gəldi YENİLƏNİB-FOTOLAR

Azərbaycan voleybolçuları qalib gəldi YENİLƏNİB-FOTOLAR

Bu gün "Bakı 2015" birinci Avropa Oyunları çərçivəsində azərbaycanlı voleybolçular İtaliya komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, bundan əvvəl Polşa komandasını 3:0 hesabı ilə məğlub edən komandamız böyük əzmkarlıq nümayiş etdirib. İlk set 25:22 Azərbaycan komandasının, ikinci set yenə 25:20 Azərbaycanın, üçüncü set 25:22 İtaliyanın, dördüncü set isə 25:22 ölkə komandamızın hesabı ilə nəticələnib.

Qeyd edək ki, oyunları izləyənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Prezidentin ailə üzvləri, dövlət və hökumət rəsmiləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə