Bu gün "Bakı 2015" birinci Avropa Oyunları çərçivəsində azərbaycanlı voleybolçular İtaliya komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, bundan əvvəl Polşa komandasını 3:0 hesabı ilə məğlub edən komandamız hazırda böyük əzmkarlıq nümayiş etdirir. İlk set 25:22 Azərbaycan komandasının xeyrinə nəticələnib. İkinci set isə 25:20 Azərbaycan komandasının hesabı ilə nəticələnib. Hazırda oyunun üçüncü seti davam edir.
Qeyd edək ki, yarışda Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Prezidentin ailə üzvləri, dövlət və hökumət rəsmiləri təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB