Taekvandoçumuz yarımfinalda

Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək. SİA-nın xəbərinə görə, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

Kişilər arasında 68 kq çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək, 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə qarşılaşıb. 19 yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb.

FOTOLAR Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə