Azərbaycan komandası akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda yarışlarının finalına vəsiqə qazanıb. SİA-nın xəbərinə görə, azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) ümumilikdə 54.82 xal toplayıb. Bu da idmançılarımıza finalda mübarizə aparmaq imkanı verib.
Final mərhələsində komandamız Rusiya, Belçika, Belarus, Böyük Britaniya və Ukrayna təmsilçiləri ilə yarışacaqlar.
11:56
Azərbaycanın idman akrobatikası üzrə qadınlardan ibarət komandası I Avropa Oyunları çərçivəsində 27,680 xallıq nəticə ilə balans hərəkətləri üzrə akrobatika yarışlarında final mərhələsinə çıxıb. SİA-nın xəbərinə görə, komandanı yarışlarda Nərmin Ramazanova, Lalə Hüseynova və Aynur Hüseynova təmsil edib.
Təsnifat nəticələrinə görə, azərbaycanlı idmançılar beşinci yeri tutub.
11:30
Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində medal uğrunda mübarizəyə iyunun 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə yarışan idmançılar qoşulublar. SİA-nın xəbərinə görə, ilk olaraq xalçaya Portuqaliya idmançıları çıxıb. Portuqaliya idmançılarının hesabında 27, 050 xal var. Sonra isə tamaşaçılar Azərbaycan akrobatika gimnastlarının çıxışlarını alqışlarla izləyiblər.
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil edilmiş iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda idmançılar ümumilikdə altı medal uğrunda mübarizə aparacaqlar. Qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı qızıl medal uğrunda yarışacaq.
Fiziki hərəkətlər kimi akrobatika hələ qədim dövrlərdən məlum olmuşdur. Akrobatikanın erkən nümunələrinə akrobatik hərəkətlərin əks etdirildiyi Homerin "İliada" əsəri də daxil olmaqla Meksika, Etruriya, Krit, Çin və Misir mədəniyyətlərində və ədəbiyyatlarında rast gəlmək olar. Akrobatika bir müstəqil idman növü kimi isə yalnız 1930-cu illərin əvvəllərindən təşəkkül tapmağa başlayıb.
Keçmiş Sovet İttifaqı, Polşa və Bolqarıstanın milli akrobatika federasiylarının təşəbbüsləri ilə 1973-cü ildə Beynəlxalq İdman Akrobatika Federasiyası (IFSA) təsis edilib. 1998-ci ildə IFSA Beynəlxalq Gimnastika Federasiyası (FIG) ilə birləşmək qərarına gəlmişdir.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB