Fransalı idmançı: "I Avropa Oyunlarının açılış mərasimi Olimpiya Oyunlarının açılışı kimi idi” AÇIQLAMA
"I Avropa Oyunları çox gözəl təşkil olunub. Bütün təşkilatçılıqdan çox razıyam. İdmançılar üçün hər cür şərait yaradılıb". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma üzrə yarışlarda mübarizə aparan fransalı idmançı Pierre Plihon deyib. İdmançı Azərbaycanda ilk dəfə olduğunu qeyd edib: "Ölkənizə ilk dəfədir gəlmişəm. Bura çox gözəldir. I Avropa Oyunlarının açılış mərasimi Olimpiya Oyunlarının açılışı kimi idi".
Fransalı atlet qarışıq komanda yarışlarında uğurlu çxış etmədiklərini bildirib. O, şəxsi yarışlarda Oyunların qalibi olmağa çalışacağını qeyd edib: "Cəmi bir hissədə yaxşı oynadıq. Digər hissələrdə həyəcanlandıq və yaxşı çıxış etmədik. Şəxsi yarışlarda qızıl medal qazanmaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB