Çex idmançı: "Azərbaycan xalqına minnətdaram"

Çex idmançı: "Azərbaycan xalqına minnətdaram"

"Azərbaycan komandası ilə çimərlik voleybolunda yarışımız çox gərgin keçdi. Çünki hava olduqca isti idi. Biz demək olar ki, meydançada istidən "ölürdük". Bütüb bunlara baxmayaraq biz yarışın qalibi olduq". Bunu SİA-ya çex idmançı Robert Kufa deyib.

Bakı haqqında təəssüratlarını da bölüşən idmançı bildirdi ki, Bakı olduqca gözəl şəhərdir: "Qeyd edə bilərəm ki, Bakıdakı tikililər böyük olmaqla bərabər, həm də müasirliyi ilə seçilir. İlk Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm. Buradakı idman obyektləri həyatımda gördüyüm ən gözəl idman obyektləridir".

I Avropa Oyunlarının açılış mərasimində də iştirak edən yarışçı dedi ki, açılış mərasimi çox möhtəşəm idi: "Orada ən sevindirici an 65 minə yaxın insanın bizləri alqışlaması oldu. Eləcə də Ledi Qaqanın çıxışı hər zamanki kimi fantastik idi. Alqışa layiq görüldüyüm üçün Azərbaycan xalqına minnətdaram".

Bütün xəbərlər Facebook səhifəmizdə