"Mən Bakıda ilk dəfədir ki, oluram. Şəhəriniz olduqca gözəldir. Təşkilatçılıq baxımından isə Azərbaycan indiyədək olduğumuz ən gözəl yerdir". Bunu SİA-ya litvalı idmançı Arnas Rumsevicius deyib.
Litvalı idmançının sözlərinə görə, Azərbaycanın Oyunlara ev sahibliyi və təşkilatçılığı çox mükəmməldir: "Biz "Bakı-2015"in web saytında oyunlarla bağlı bütün informasiyanı əldə edə bilirik. Könüllülərin qonaqpərvərliyinə görə ayrıca olaraq Azərbaycan dövlətinə təşəkkürümüzü bildiririk. Çünki bizim köməyə ehtiyacımız olan anda hər kəs hazır vəziyyətdə bizə yardımçı olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB