"Çex idmançılarla çimərlik voleybolu üzrə oyun olduqca yaxşı keçdi. Lakin biz bir neçə hədəfi qaçırdığımız üçün çox təəssüf ki, məğlub olduq". Bunu SİA-ya azərbaycanlı idmançı Santos Neilton deyib.
O, azərbaycanlı idmançı olaraq, ilk Avropa Oyunlarında ölkəmizi təmsil etməkdən məmnunluq hissi duyduğunu ifadə edib: "Azərbaycanda çimərlik voleybolunu təmsil etdiyim üçün olduqca xoşbəxtəm. Ümid edirəm ki, gələcəkdə daha çox məşq etməklə gözəl nəticələr əldə edəcəyik. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tanıdılması baxımından yaxşı fürsətdir. Biz Atletlər kəndində Azərbaycan haqqında fikirlərimizi irəli sürərkən, xarici idmançılar ölkə xalqının qonaqpərvərliyinə heyran olduqlarını dilə gətirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB