"Bakı-2015": Toğrul və Xetaq finalda, Yaşar və Cəbrayıl bürünc uğrunda güləşəcək NƏTİCƏLƏR YENİLƏNİB

"Bakı-2015": Toğrul və Xetaq finalda, Yaşar və Cəbrayıl bürünc uğrunda güləşəcək NƏTİCƏLƏR YENİLƏNİB

Heydər Əliyev adına İdman Sarayında keçirilən I Avropa Oyunlarının güləş yarışları davam edir. SİA-nın məlumatına görə, yarışlarda yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar.

Qadın güləşçilərin yarışında isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Bu gün isə sərbəst güləş yarışları keçirilir. Bu növ üzrə yarışların ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

57 kq çəkidə mübarizə aparan Yaşar Əliyev yarışa Fransadan Zoheir El Ouarraqe və Ermənistan idmançısı Qarik Barseqyan üzərində inamlı qələbə ilə başlayıb. Yarımfinalda Rusiya idmançısı Viktor Lebedevlə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Sezer Akgül olacaq.

65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov finala qədər maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran güləşçimiz, daha sonra Moldovadan Mihail Sava, Fransadan Maxime Fiquet, yarımfinalda isə Belarus Azamat Kurikau üzərində inamlı qələbə qazanıb. Qızıl medal uğrunda son görüşdə Toğrulun rəqibi İtaliyadan Frank Çamizo olacaq.

74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşdə macar Mihaly Nagy üzərində qələbə qazansa da, ikinci görüşdə Türkiyə idmançısı Söner Demirtaşa məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Cəbrayıl Finlandiya idmançısı Henri Seleniusu mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Terziev olacaq.

Yığma komandamızın kapitanı Xetaq Qazyumov (97 kq) mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq Polşadan Radoslav Baran, Moldovadan Nikolay Ceban, Belarusdan İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi gürcü idmançısı Elizbar Odikadze olacaq.

57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (FRA) 9:4
1/4 final - Qarik Barseqyan (ARM) - Yaşar Əliyev 6:10
1/2 final - Yaşar Əliyev - Viktor Lebedev (RUS) 1:3
Bürünc medal görüşü - Sezer Akgul (TUR) - Yaşar Əliyev

65 kq
1/16 final - İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov 7:8
1/8 final - Mihail Sava (MDA) - Toğrul Əsgərov 0:10
1/4 final - Maxime Fiquet (FRA) - Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Azamat Nurikau (BLR) 7:2
FİNAL - Frank Çamizo (İTA) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (HUN) - Cəbrayıl Həsənov 0:10
1/4 final - Söner Demirtaş (TUR) - Cəbrayıl Həsənov 5:3
Təsəlliverici görüş - Henri Selenius (FİN) - Cəbrayıl Həsənov 0:11
Bürünc medal görüşü - Cəbrayıl Həsənov - Kiril Terziev (BUL)

97 kq
1/16 final - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:10
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:4
1/4 final - Xetaq Qazyumov - İbrahim Saidau (BLR) 2:1
1/2 final - Abdusalam Qadisov (RUS) - Xetaq Qazyumov 2:4
FİNAL - Elizbar Odikadze (GEO) - Xetaq Qazyumov

Bütün xəbərlər Facebook səhifəmizdə