Çimərlik voleybolu yarışlarının ikinci gününə start verilib

Çimərlik voleybolu yarışlarının ikinci gününə start verilib

İyunun 17-də "Bakı-2015" birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarının ikinci gününə start verilib. SİA-nın xəbərinə görə, gün ərzində kişilər arasında 16, qadınlar arasında isə 15 qarşılaşma keçiriləcək. Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki kişi cütlüyü mübarizə aparacaq. Belə ki, Santos Neilton-Rudix Yaroslav Çexiyanı təmsil edən Kufa Robert-Dumek Jab cütlüyünə, Romano Bernardo-Qritsai Leonid isə litvalı Rumsevicius Arnas-Kazdailius Lukas duetinə qarşı yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə