"I Avropa Oyunlarını Azərbaycanda Olimpiya Oyunlarının hazırlığı kimi dəyərləndirmək olar" AÇIQLAMA

"I Avropa Oyunlarını Azərbaycanda Olimpiya Oyunlarının hazırlığı kimi dəyərləndirmək olar" AÇIQLAMA

"İlk görüşümüzdə Türkiyə komandası ilə qarşılaşdıq. Türkiyəli idmançılar güclü idilər. Qarşılaşma gərgin keçdi, ancaq qalib gəldik". Bu sözləri SİA-ya açıqlamasında kişilər arasında kamandan oxatma üzrə İspaniya milli komandasının üzvü Antonio Fernandes deyib. O, mübarizənin daha da çətinləşəcəyini qeyd edib: "Növbəti mərhələdə də qələbə qazanmağa çalışacağıq. İtaliya, Almaniya, Fransa komandaları ilə görüşlərimiz çətin olacaq. I Avropa Oyunlarında qalib olmaq istəyirik".

İspaniyalı idmançı I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Bakı 2015"in açılış mərasimi çox möhtəşəm keçdi. İndiyə kimi belə açılış mərasimində iştirak etməmişdik. Dünya ulduzu Ledi Qaqanın ifası da xoşumuza gəldi. Yarışlar olimpiya standartlarına uyğundur. I Avropa Oyunlarını Olimpiya Oyunlarının hazırlığı kimi dəyərləndirmək olar. Bakı çox gözəl şəhərdir. İnsanlarınız qonaqpərvərdir. Azərbaycanda idmana diqqət və qayğı göstərildiyini hiss edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə