"Mingeçevirdə yarışlar başa çatdığı üçün, tədricən idmançılar Bakıya və buradan öz ölkələrinə qayıdacaq". SİA-nın məlumatına görə, bu sözləri Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
O qeyd edib ki, hazırda digər yarışlara hazırlıq işləri aparılır: "Bu gün velosiped yarışına hazırlıqla bağlı bəzi yollar bağlanılacaq. Digər yarışlarla bağlı da hazırlıq işləri görülür. Stolüstü tennis üzrə 11 medal veriləcək. Atletika, akrobatika üzrə yarışlara hazırlanılır. Aerobika üzrə yarışların sınaqları keçirilir. Bu gün saat 11:00-dan sonra velosiped yarışı ilə bağlı bəzi yollar bağlanacaq".
Saymon Kleq Avropa Oyunlarının keçirildiyi bir vaxtda şəhərdəki ab-havadan danışıb: "Axşam Bulvara getsəniz, buranın dolu olduğunu görə bilərsiniz. Burada rəsmi sponsorlar tərəfindən qurulmuş stendlər var. İnsanlar burada əylənirlər. Bakıda əsl bayram ab-havası mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB