Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqramadək çəki dərəcəsində taekvondo yarışları üzrə Azərbaycanı təmsil edən Ayxan Tağızadə ¼ final mərhələsinə çıxıb. SİA-nın məlumatına görə, idmançımız sloveniyalı rəqibi Yure Pantaraya qarşı keçirdiyi oyunda 11:3 hesabı ilə qalib gəlib.
Növbəti mərhələdə onun rəqibi İspaniya təmsilçisi Joel Qonsalez Bonilya olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB