"Təşkilati işlərə 2 il vaxt sərf etmişik. Bəzilərinin lazımsız hesab etdiyi detallara da nəzər yetirmişik". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, artıq Mingeçevirdə yarışlara yekun vurulub. Burada oyunların başa çatması bizi kədərləndirdi: "Prosesin gedişindən çox məmnunan. Səmimi deyim ki, yarışların bu səviyyədə keçiriləcəyini, bayram ab-havasını, könüllülərin bu qədər ürəklə çalışmasını gözləmirdim. Dünən Kür çayındakı yarışdan sonra, kanoeləri çaydan dartıb çıxardanda kədərləndim. Çünki idman yarışlarının bir hissəsi artıq başa çatırdı".
Azad Rəhimov həmçinin qeyd edib ki, Avropa Oyunlarını bir daha Azərbaycan kimi heç bir ölkə təşkil edə bilməyəcək. Azərbaycanda idmançılar üçün bütün şərait yaradılıb: "Yeni layihəni dünyaya, Avropaya, idmançılara təqdim etmək, maraq oyandırmaq üçün çox yaxşı işlər gördük. Düşünmürəm ki, 2-ci, 3-cü Avropa Oyunları belə yüksək səviyyədə keçirilsin. Bəlkə də orta səviyyədə keçirilə bilər. Amma belə təşkilatçılıq bir daha olmayacaq. İdmançılar lazımi dərəcədə qidalana bilirlərsə, istirahətlərini və hazırlıqlarını rahat şəkildə edə bilirlərsə, bu çox gözəl bir haldır. Biz Bakıda və Mingeçevirdə böyük infrastruktur layihələri həyata keçirmişik. İnsanlar hazırlıq prosesində xüsusi bacarıq nümayiş etdiriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB