Oxatanlarımız Almaniya və İtaliya atıcılarına qarşı

Oxatanlarımız Almaniya və İtaliya atıcılarına qarşı

İyunun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı-2015" birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarının növbəti turuna start verilib. Mübarizəyə qadınlar arasında komanda oyunlarının səkkizdəbir mərhələsindən başlanılıb. SİA-nın xəbərinə görə, qadınların komanda yarışlarının səkkizdəbir final mərhələsində Azərbaycan-Almaniya, Belarus-İspaniya, Gürcüstan—Böyük Britaniya, Hollandiya-Ukrayna, İtaliya-Yunanıstan, Polşa-Danimarka, Fransa-Türkiyə, İsveçrə-Rusiya görüşləri keçirilib. Sərrast atışlardan sonra dörddəbir final mərhələsində iştirak edəcək komandalar məlum olub. Belə ki, iyunun 18-də Almaniya millisi Belarus, Gürcüstan yığması Ukrayna, İtaliya komandası Danimarka, Fransa kollektivi isə Rusiya ilə üz-üzə gələcək.

Kişilər arasında səkkizdəbir final mərhələsində isə Hollandiya, Polşa, Rusiya, İtaliya, Azərbaycan, Slovakiya, Ukrayna, Fransa, Norveç və Almaniya komandaları mübarizə aparırlar. Yığmamız bu mərhələdə İtaliyanı sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə