Prezident Ilham Әliyev Avropa Olimpiya Komitәsinin prezidenti Patrik Hikkinin "Şәrәf" ordeni ilә tәltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, bu barәdә gәnclәr vә idman naziri Azad Rәhimov bildirib.
Avropa Oyunlarının onun dәstәyi altında keçirildiyini dilə gətirən nazir söyləyib ki, məhz Patrik Hikki sayәsindә Avropa bu gözəl anları yaşayır.
A. Rəhimov bu gün Patrik Hikkinin 70 yaşının tamam olduğunu da qeyd edib: "Bu gün Patrik Hikkinin 70 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB