İki taekvondoçumuz I Avropa Oyunlarında mübarizəyə qoşulur

İki taekvondoçumuz I Avropa Oyunlarında mübarizəyə qoşulur

"Bakı-2015" I Avropa Oyunlarının altıncı günündə - iyunun 17-də "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışları davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün dayaq üzərində qadınlar arasında 57, kişilər arasında 68 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Ayxan Tağızadə (68 kq) sloveniyalı Jure Pantar, Günay Ağakişiyeva (57 kq) isə serbiyalı Draqana Qladovic ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə apardığı taekvondo yarışlarında 4 gün ərzində 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə