"Bakı-2015": Daha bir qadın güləşçimiz qızıl medal qazandı FOTOSESSİYA
Heydər Əliyev adına İdman Sarayında keçirilən I Avropa Oyunlarının qadın güləşi yarışlarında komandamız daha bir qızıl medal qazanıb. SİA-nın məlumatına görə, bu gün 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurublar.
53 kq çəkidə mübarizə aparan təmsilçimiz Anjela Doroqan finala qədər inamla irəliləyib. O, əvvəlcə Türkiyədən Merve Kenger, ardınca isə macar Mersedes Denes və moldovalı Natalia Budu üzərində inamlı qələbə qazanıb. Həlledici görüşdə idmançımızın rəqibi Polşadan Roksana Zasina olub. Gərgin keçən qarşılaşma təmsilçimizin üstünlüyü ilə başa çatıb və Anjela Doroqan I Avropa Oyunlarının qızıl medalına sahib olub.
58 kq çəkidə yarışan təmsilçimiz İrina Netreba ardıcıl olaraq İtaliyadan Carola Rainero və bolqar Mimi Hristovanı məğlub etsə də, yarımfinalda macar Emese Barkaya məğlub olub. Bürünc medal uğrunda həlledici görüşdə də İrina rəqibi norveçli Qreys Bullenə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Xatırladaq ki, dünən qadın güləşçilərimiz 1 qızıl və 1 bürünc medala sahib olublar. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
53 kq1/8 final - Merve Kenger (TUR) - Anjela Doroqan 2:8
1/4 final - Anjela Doroqan - Mersedes Denes (HUN) 4:0 (təmiz qələbə)
1/2 final - Natalia Budu (MDA) - Anjela Doroqan 2:5 (təmiz qələbə)
FİNAL - Anjela Doroqan - Roksana Zasina (POL) 3*:2
58 kq
1/8 final - Carola Rainero (ITA) - İrina Netreba 4:6
1/4 final - Mimi Hristova (BUL) - İrina Netreba 4:6
1/2 final - İrina Netreba - Emese Barka (HUN) 2:5
Bürünc medal görüşü - Qreys Bullen (NOR) - İrina Netreba 4:0
63 kq
1/8 final - Elmira Qəmbərova - Henna Johansson (SWE) 0:4
75 kq
1/8 final - Gözəl Zutova - Oksana Vaşçuk (UKR) 2:4









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB