Avropa Oyunları çərçivəsində voleybol yarışları davam edir. SİA-nın məlumatına görə, voleybol üzrə kişilər arasında A qrupunda Türkiyə - Polşa komandaları üz-üzə gəlib. Hazırda qarşılaşma maraqlı hesabla davam edir. Belə ki, ilk setdə Türkiyə komandası rəqibinə 20: 25 hesabı ilə məğlub olub. İkinci setdə də Polşa komandası qalib gəlib. Bu dəfə isə hesab 19:25 olub. Üçüncü setdə isə Türkiyə komandası vəziyyəti öz xeyrinə dəyişə bilib. 30: 28 hesabı ilə polşalılar məğlub olub. Hazırda isə qarşılaşmanın 4-cü seti davam edir, Türkiyə voleybolçuları hesabda irəlidədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB