Patimat Abakarova: "Var gücümlə çalışacağam ki, qələbə qazanım"

Patimat Abakarova: "Var gücümlə çalışacağam ki, qələbə qazanım"

"Var gücümlə çalışacağam ki, yarımfinalda qələbə qazanım və Azərbaycanın bayrağını yüksəldim". Bunu SİA-ya açıqlamasında Azərbaycanı taekvondo üzrə qadınlar arasında 49 kq çəkidə təmsil edən Patimat Abakarova bildirib.

Azarkeşlərin fəal dəstəyini vurğulayan Patimat Abakarova onların ümidlərini doğrultmağa çalışacağını qeyd edib. "Bilirəm ki, Azərbaycan xalqı məndən qələbə gözləyir. Çalışacağam ki, onların ümidlərini doğruldum".

Qeyd edək ki, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova ilk döyüşündə rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb və 7:1 hesabı ilə qələbə qazanıb. İkinci döyüşündə yunanıstanlı taekvondoçu Ioanna Koutsou ilə qarşılaşan qadın taekvondoçumuz bu döyüşdə də qələbə qazanaraq yarım finala vəsiqə qazanıb. O, rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə