Yuliya Kərimova: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq" AÇIQLAMA
"Bakı-2015" I Avropa Oyunlarında ilk çıxışımız olduğuna görə, Polşa komandası ilə oyunda həyacanlı idik. Öz ölkəmizdə çıxış etmək 2 qat məsuliyyət tələb edir". Bu sözləri SİA-ya açıqlamasında qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan komandasının üzvü Yuliya Kərimova deyib. O, Oyunlara yaxşı başladıqlarını qeyd edib. İdmançı qalib olmaq üçün maksimum şəkildə mübarizə aparacaqlarını bildirib: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Polşa komandasını 2:0 hesabı ilə məğlub etdik. Yaxşı başlanğıc oldu. Bu oyun artıq geridə qaldı. Bu gün axşam Ukrayna komandası ilə oynayacağıq. Dincəlib, həmin oyuna köklənməliyik.
I Avropa Oyunlarında qalib olmaq istəyirik. İndi qrupdan çıxmalı, növbəti mərhələyə vəsiqə qazanmalıyıq. Burada zəif rəqib yoxdur. Bütün komandalar hazırlıqlıdırlar. Onlara qarşı bütün gücümüzlə mübarizə aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB