Litvalı boksçu: "Bakı 2015-in təşkili gələcəkdə model olaraq istifadə olunmalıdır"
"Düşünürəm ki, Bakı-2015 I Avropa Oyunlarının təşkili gələcəkdə model olaraq istifadə olunmalıdır". Bu sözləri SİA-ya litvalı boksçu Tadas Tamasauskas deyib.
Keçən il də Bakıda olduğunu bildirən litvalı boksçu Bakının günü gündən inkişaf etdiyini deyib: "Bakı artıq Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Müasir binalar, yeni idman kompleksləri tikilir və idmana xüsusi diqqət göstərilir. Bakıda diqqətimi çəkən əsas məqam şəhərin çox təmiz olmasıdır. İnsanları gülərüz və çox qonaqpərvərdirlər. Bütün bunlarla yanaşı, onu da qeyd edim ki, Oyunlar yüksək səviyyədə təşkil edilib. Düşünürəm ki, Bakıda keçirilən Avropa Oyunlarının təşkili gələcəkdə model olaraq istifadə olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB