Qadınlar arasında hava tüfəngi ilə atəşaçma yarışında Serbiya qalib gəldi FOTOLAR
"Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq idman növünün qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı Andera Arsoviç olub. SİA-nın xəbərinə görə, səkkiz ölkədən idmançıların mübarizə apardığı finalda A.Arsoviç 207.8 xal qazanaraq qızıl medala yiyələnməklə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Yarışda gümüş medala isveçrəli Sara Hornonq, bürünc medala isə almaniyalı idmançı Barbara Enqleder sahib çıxıb.
Sonra qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Pekka Kusisto təqdim edib.
Andera Arsoviç 2010-cu ildə Avropa çempionatının qalibi və 2013-cü ildə dünya kubokunun sahibi olub. Bundan başqa o, "London-2012"də iştirak edib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB