"Bu gün yarışların 4-cü günüdür. Dünən idman yarışlarında gözəl bir gün keçib, 30 minə yaxın azarkeş yarışları canlı izləyib, yarışlar 7 məkanda keçirilib". SİA-nın məlumatına görə, bu sözləri Avropa Oyunları Әməliyyat Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, artıq bəzi idman növlərinə yekun vurulduğu üçün idmançılar ölkəni tərk edir. Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək. Avropa Oyunlarının bağlanış mərasimi üçün biletlər qurtarıb: "Avropa Oyunlarında artıq 39 qalibimiz var və yarışların keçirildiyi komplekslərin 84 faizi tutulur, 6 sessiyada isə 100 faizlik tutum əldə edilib. Dünən Avropa Oyunlarının bağlanış mərasimi üçün əlavə olaraq 13500 bilet satılıb. Bağlanış mərasimi üçün biletlər qurtarıb. Artıq bəzi idmançılar Azərbaycanı tərk edir. Çünki, onlar artıq yarışları başa vurublar. Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək. Oxatma, Taekvondo, Çimərlik voleybolu, Sinxron üzgüçülük üzrə son gündür".
Saymon Kleq yarışların yayımı məsələsinə də toxunub. O qeyd edib ki, bununla bağlı 15 ay öncədən işlərə başlanılıb. Yayımla bağlı heç bir problem yoxdur: "Gündəlik yayımla bağlı müqavilələr bağlanılıb. Sıfırdan başlayaraq yarışları təşkil etmişik. Belə yarışların nümunəsi olmayıb. Yayımla bağlı 15 ay öncədən danışıqlar aparılıb. Növbəti konfranslarda yayımla bağlı nümayəndələr iştirak edəcək. Hesab edirəm ki, yayımla bağlı işlər yaxşı təşkil edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB