"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci gününə start verilib. SİA-nın xəbərinə görə, kişilərin yarışında Ukrayna-Türkiyə, Azərbaycan-Malta, Rusiya-Monteneqro, Yunanıstan-Fransa, Almaniya-Slovakiya, Serbiya-Rumıniya, qadınların mübarizəsində isə A qrupunda Yunanıstan-İsrail, Almaniya-Niderland, Macarıstan-Böyük Britaniya komandaları mübarizə aparacaq. B qrupunda isə Slovakiya-İtaliya, Rusiya-Serbiya, İspaniya-Fransa yığmaları qarşılaşacaqlar.
Hazırda kişilərin yarışmasında Ukrayna-Türkiyə, qadınlarında isə Yunanıstan-İsrail komandaları mübarizə aparırlar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB