Atıcılıq yarışı başladı

İlk Avropa Oyunlarında atıcılıq yarışına start verilib. SİA-nın məlumatına görə, ilk yarış günündə 3 dəst medal sahibini tapacaq.

Azərbaycan atıcılıq yarışında 3 idmançı ilə təmsil olunacaq. Onlar Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rəfixanovadır. Kişi atıcılar saat 10:30-da, A.Rəfixanova isə 11:25-də mübarizəyə qoşulacaq. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Atıcılıq üzrə yarışlara iyunun 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə