Taekvondo yarışlarına start verildi

Taekvondo yarışlarına start verildi

Birinci Avropa Oyunlarının beşinci günündə-iyunun 16-da "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışlarına start verilib. SİA-nın xəbərinə görə, ümumiyyətlə, yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunur. Oyunlarda ölkəmizi taekvondo idman növü üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edəcək. bu gün dayanq üzərində qadınlar arasında 49 və kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən kişi taekvondoçulardan Məhəmməd Məmmədov (58 kq) israilli Gili Haimovitz, qadınlarda isə Patimat Abakarova (49 kq) rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə aparacağı taekvondo yarışlarında ümumilikdə dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə