Voleybolçularımız daha bir qələbə qazanıb

Voleybolçularımız daha bir qələbə qazanıb

Avropa Oyunları çərçivəsində voleybol yarışları davam edir. SİA-nın məlumatına görə, qadınlardan ibarət voleybol komandamız bu gün daha bir görüş keçirib. Polşa komandası ilə keçirilən yarışda voleybolçularımız qalib olub. Belə ki, ilk setdə çətinliklə qələbə qazanan komandamız daha sonrakı setlərdə asan qələbə qazana bilib. Voleybolçularımız polşalılardan 3:0 hesabı ilə üstün olub. Ümumilikdə setlər üzrə xallar belə olub:

Azərbaycan

Polşa

28

26

25

16

25

23

Xatırladaq ki, qadın voleybolçularımız A qrupunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə