Nataliya Sinişin komandamıza "Bakı-2015"də daha bir bürünc medal qazandırdı
"Bakı-2015" I Avropa Oyunlarının qadın güləşi yarışlarında komandamız daha bir medal qazanıb. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda 55 kq çəkidə mübarizə aparan Nataliya Sinişin İtaliyadan Patrizia Liuzzi və Türkiyədən Bediha Gün üzərində qələbə qazansa da, gərgin keçən yarımfinal görüşündə İsveçdən Sofia Mattssona məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb və 10:0 hesablı təmiz qələbə ilə komandamıza daha bir medal qazandırıb.
Elgün Vidadioğlu
Fotolar: Cəlil Rəcəbli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB